İran Qasım Süleymani ilə vidalaşır

Bu gün Tehranda bombardman nəticəsində həlak olan general Qasım Süleymani ilə vida mərasimi keçirilir.

Milletinsesi.az xəbər verir ki, vida mərasimi Tehran Universitetində təşkil olunub.

Hazırda universitetin ətrafına 100 mindən çox insan toplanıb. Mərasimdə İranın Ali dini lideri Əli Xamenei, Prezident Həsən Ruhani və digər rəsmi şəxslər iştirak edir.

Tehranın mərkəzi küçələrində hərəkət məhdudlaşdırılıb və yüksək səviyyədə təhlükəsizlik tədbirləri həyata keçirilib.

Vida mərasimindən sonra vəsiyyətinə uyğun olaraq generalın nəşi doğulduğu Kirman şəhərinə aparılaraq orada dəfn ediləcək.

 

Share: