İran və Səudiyyə XİN başçıları görüşdü

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian səudiyyəli həmkarı Feysəl bin Fərhan Əl Səud ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüş Cənubi Afrika Respublikasının Keyptaun şəhərində baş tutub.

 

BRİCS Xarici İşlər Nazirləri toplantısı çərçivəsində aparılan danışıqlar iki ölkənin XIN başçılarıları arasında son üç ayda keçirilən ikinci rəsmi görüşüdür.

 

Görüşün detalları hələlik açıqlanmayıb.

Mənbə

Share: