İran XİN rəhbəri Azərbaycana gələcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.

Milletinsesi.az Report-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə yanvarın 4-də keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, M.Zərifin Moskva, Bakı və Yerevana səfərləri gündəlikdədir.

S.Xətibzadə səfərin tarixi və gündəliyi barədə açıqlama verməyib.

 

Share: