“Real” Ramosun əvəzləyicisini tapdı

“Vilyarreal”ın mərkəz müdafiəçisi Pau Torres “Real”ın maraq dairəsinə düşüb.

Qol.az xəbər verir ki, bu haqda “Cadena Cope” məlumat yayıb.

Mənbənin məlumatına görə, “Kral klubu” 23 yaşlı ispan oyunçunu Serxio Ramosun mümkün əvəzləyicisi kimi görür. Kapitanın “Real”la müqaviləsi bu mövsümün sonu başa çatır. Tərəflər yeni müqavilə barədə isə razılığa gələ bilmirlər.

Qeyd edək ki, Torresin transfer qiyməti 40 milyon avro olaraq dəyərləndirilir.

Share: