İrana xəbərdarlıq EDİLDİ 

İsrail xarici işlər naziri İsrael Katz İranın onun ölkəsinə hücum edəcəyi təqdirdə buna cavab veriləcəyini bildirib.

 

İsrail XİN rəhbəri bu barədə “X” hesabında paylaşım edib.

 

“İran öz ərazisindən hücum edərsə, İsrail buna reaksiya verəcək və İrana hücum edəcək”, – paylaşımda bildirilib.

 

İsrail xarici işlər naziri paylaşımına İranın Ali Rəhbəri Seyid Əli Xameneinin səhifəsini etiketləyib.

 

Mənbə

Share: