İranda fabrik yanğınında dörd nəfər ölüb

İranın şimal-qərbində yerləşən Əlborz şəhərində fabrikdə baş verən yanğın nəticəsində azı 4 nəfər ölüb.

 

Bu barədə çərşənbə axşamı Gənc Jurnalistlər Klubu agentliyi yerli xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.

 

Onların sözlərinə görə, yanğın nəticəsində daha 3 nəfər xəsarət alıb.

 

Yanğının nədən baş verdiyi barədə məlumat verilmir.

 

Hadisənin digər təfərrüatları araşdırılır.(oxu.az)

 

Mənbə: TASS

Mənbə

Share: