İranda iki polis əməkdaşı öldürülüb

İranın cənub-qərbində baş verən silahlı qarşıdurmada iki polis əməkdaşı ölüb.

Bu barədə “Fars” agentliyi məlumatlı mənbəyinə istinadən məlumat yayıb.

“İki polis zabiti – kiçik leytenant Salman Qəribi və baş leytenant Əli Qolami İze şəhərinin mərkəzindəki Biş Şirin kəndində baş verən silahlı qarşıdurma zamanı ölüblər”, – məlumatda deyilir.

Qeyd olunur ki, münaqişə polislə silahlı quldurlar arasında baş verib.

Mənbə

Share: