İranda koronavirusdan daha 149 nəfər öldü

İranda COVID-19 virusundan ölənlərin sayı 1284-ə, yoluxanların sayı isə 18407-yə çatıb.

Bu barədə İran Səhiyyə nazirinin müavini bildirib.

Son 24 saatda 1046 nəfər virusa yoluxub, virusa yoluxmuş 149 nəfər vəfat edib.
Nazir müavini bildirib ki, COVID-19 virusundan sağalanların sayı 5979-a çatıb.

Share: