İranda qaçaqmalçılar iki polisi öldürüblər

İranın cənubunda polis və qaçaqmalçılar arasında atışma baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, Minab səhrasında bir dəstə qaçaqmalçı sərhəddən qanunsuz yolla mal-qara keçirməyə cəhd edib.
Onlar sərhədçilərin “dayan” əmrinə tabe olmayıb və nəticədə atışma olub.

Atışma zamanı sərhəd polisləri, çavuş Səccad Əfrasyabi və leytenant Həsən Kərimi həlak olublar.

Share: