İranda sutka ərzində 284 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 285 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 51 496 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 10 403 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 083 023 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 768 nəfərin vəziyyəti ağır qiymətləndirilir. trend

Share: