İrandan sonra bu regiona keçəcəyik – ABŞ

İrandan sonra bu regiona keçəcəyik – ABŞ

ABŞ İranda hərbi əməliyyatları bitirdikdə, Asiya və digər regionlara diqqət yetirəcək.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts deyib.

“Bizi dəfələrlə Yaxın Şərqə çəkən İranın “ixrac etdiyi” zorakılığı nəhayət Tramp həll etdikdə, o zaman biz həqiqətən də dünyanın digər qisminə nəzər yetirəcəyik”, – deyə diplomat bildirib.

Qeyd edək ki, Tramp yaxın iki gün ərzində növbəti ABŞ-İran danışıqlarının baş tutacağını söyləyib.

Share: