İranın İrəvandakı səfiri Ermənistan-Azərbaycan sərhədindəki Aİ missiyasından danışdı

 

İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zöhuri Aİ missiyasının Azərbaycan-Ermənistan sərhədlərinə yerləşdirilməsinə münasibət bildirib.

Milletinsesi.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, səfir ölkəsinin mövqeyi barədə jurnalistlərə açıqlamasında danışıb.

“Region ölkələri arasında problemlər bu ölkələrin özlərinin iştirakı ilə həll edilməlidir. Bu, dialoq əsasında təhlükəsizliyi və sülhü təmin edə bilər. Digər ölkələr də regionda təhlükəsizliyin və sülhün təmin olunması baxımından töhfə verə bilər. Amma istənilən halda sülhün bərqərar olması o zaman mümkündür və təhlükəsizlik o zaman gələcək ki, problemlər region ölkələri tərəfindən həll ediləcək”, – deyə o bildirib.

Qeyd edək ki, Avropa İttifaqı 2 il müddətinə Ermənistana Azərbaycanla sərhəd boyunca mülki müşahidə missiyası yerləşdirib.

Mənbə

Share: