İranın Milli Təhlükəsizlik Şurasının katibi Moskvaya gedir

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Əfqanıstanla bağlı məsləhətləşmələr üçün gələn həftə Rusiyaya gedəcək.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov bildirib.

O deyib ki, səfər zamanı İranın özü ətrafında vəziyyət müzakirə olunmayacaq,

Kabulovun sözlərinə görə, Şamxani bir sıra ölkələrin təhlükəsizlik şuralarının rəhbərləri səviyyəsində Əfqanıstan üzrə ənənəvi çoxtərəfli görüşdə iştirak edəcək.
 

“Bu, planlaşdırılan tədbirdir, əsas mövzu Əfqanıstan olacaq”, – Kabulov deyib.

Məsləhətləşmələrdə İranın İsfahan şəhərindəki hərbi obyektlərinə pilotsuz təyyarələrin hücumundan sonra bölgədə yaranan vəziyyətin müzakirə edilib-edilməyəcəyi sualına Kabulov mənfi cavab verib.
 

Yanvarın 29-na keçən gecə İranın mərkəzi hissəsində yerləşən İranın İsfahan şəhərində güclü partlayış baş verib. Daha sonra Müdafiə Nazirliyi partlayıcı qurğu yüklənmiş kvadrokopterlərdən istifadə etməklə, hərbi obyektlərindən birinə silahla hücum edildiyini bildirib. İran tərəfi bu hücumda ABŞ və İsrailin əli ola biləcəyi barədə məlumat yayıb.

İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani BMT Təhlükəsizlik Şurasının sədrinə yazdığı məktubda hərbi obyektə hücumun əsas məsuliyyətinin İsrailin üzərinə düydüyünü deyib.
 

Mənbə

Share: