“İranla mümkün müharibə İsrailə sərfəlidir…”

“İsrail Rusiya amilinə görə İran problemini həll etməyə cəhd göstərməyəcək…”

 

İranla bağlı mümkün böhranın əsas benefisiarı İsrail olacaq.

 

Moderator.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov “Moskovski komsomolets” nəşrinə müsahibəsində deyib.

 

“İran İsraili faşist dövləti adlandırıb və onu “dənizə qərq edəcəyi” ilə təhdid edib. Üstəlik, İran bir çox illər ərzində İslam hərbi birləşmələrinin köməyi ilə İsrailə qarşı proksi-müharibə aparır”, – Markov deyib.

 

O, qeyd edib ki, Rusiyaya da  “Yaxın Şərqdə qarşıdurma” sərfəlidir, çünki bu, “Qərbi Kiyevə hazırda ayırdığı dəstəyin bir hissəsini oraya yönəltməyə məcbur edəcək”.

 

Digər rusiyalı politoloq Aleksey Makarkinin fikrincə, İsrail hazırda “Rusiya amilinə” görə “İran problemini həll etməyə” cəhd göstərməyəcək:

 

“Biz Suriyada vəziyyəti tarazlaşdırırıq. Bizim mövcudluğumuz olmasaydı, İran Suriyanı, sadəcə, həzm edərdi. İsrail bunu anlayır, ona görə də bu münaqişəyə getməyəcək, bu, həddən artıq təhlükəlidir”, – Makarkin deyib.

 

O, hesab edir ki, hazırda heç kim Yaxın Şərqdə ciddi hərbi münaqişədə maraqlı deyil. O cümlədən, politoloqun qeyd etdiyi kimi, “pilotsuz uçuş aparatlarının hücumundan sonra media dalğasının qarşısını alaraq hətta informasiya məkanında belə zərbələrə cavab verməyən” İran da.

 

“The New York Times” nəşri iddia edir ki, əməliyyatın arxasında “Mossad” dayanır.

 

Nəşrin mənbələrinin məlumatına görə, hücumun məqsədi İsrailin ərazisinə çata biləcək orta mənzilli “Şihab” raketlərinin istehsalı olub.

 

Ekspertlər qeyd edib ki, hücum ABŞ Dövlət katibi Entoni Blinkenin Yaxın Şərq turnesinin başlandığı gün və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Bernsin İsrailə səfəri başa çatdıqdan dərhal sonra həyata keçirilib.

 

Hücumda İsrailin izinin olması barəsində Amerikanın “The Wall Street Journal” nəşri də yazıb.

 

Qeyd edilir ki, ABŞ və İsrail Tehranın nüvə və hərbi ambisiyalarından çəkindirilməsinin yeni üsullarını axtarır.

Mənbə

Share: