İş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi kabinetlərinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.
Bu barədə Milletinsesi.az-a Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, müsabiqə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlərə elektron sistem vasitəsilə, öz istəyi əsasında iş yerini qarşılıqlı dəyişdirmək imkanı verir.