İslamiada: Azərbaycanın idman gimnastları fərdi çıxışlarda medalsız qalıb

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın idman gimnastları fərdi finallarda çıxış ediblər.

Milletinsesi.az-ın Konyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Milana Minakovskaya əvvəlcə müxtəlif hündürlüklü qollarda çıxış edib. Hakimlərdən 10,867 xal alan Minakovskaya 4-cü yerlə kifayətlənib.

O, gimnastika tiri üzərində hərəkətlərdə 11,067 xal toplamasına baxmayaraq, yenə 4-cü yeri tutub.

Xalça üzərində sərbəst hərəkətlərdə isə Minakovskaya 10,867 xalla 7-ci yeri tutubsa, onun komanda yoldaşı Samirə Qəhrəmanova 11,933 xalla 6-cı olub.

Beləliklə, Azərbaycanın idman gimnastları fərdi mübarizəni medalsız başa vurublar.

Mənbə

Share: