Kişi stolüstü tennisçilərdən ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V Islam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.
Milletinsesi.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, qrup mərhələsinin II turunda Uqanda seçməsi ilə qarşılaşan yığma rəqibini 3:0 hesabı ilə məğlub edib.
Kollektiv bu gün son turda Türkiyə ilə görüşəcək.
Qeyd edək ki, qrup mərhələsinin ilk tur oyununda Mavritaniya yığması iştirak etmədiyi üçün Azərbaycana texniki qələbə verilib.