İslamiada: Azərbaycanın stolüstü tennis yığması növbəti qələbəsini qazanıb

 

Kişi stolüstü tennisçilərdən ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V Islam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.

Milletinsesi.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, qrup mərhələsinin II turunda Uqanda seçməsi ilə qarşılaşan yığma rəqibini 3:0 hesabı ilə məğlub edib.

Kollektiv bu gün son turda Türkiyə ilə görüşəcək.

Qeyd edək ki, qrup mərhələsinin ilk tur oyununda Mavritaniya yığması iştirak etmədiyi üçün Azərbaycana texniki qələbə verilib.

 

Mənbə

Share: