İslandiya Avropa Birliyindən çıxdı?

İslandiya Avropa Birliyindən çıxdı?

Vaşinqton İslandiyanın- sakinlərinin Aİ-yə üzvlük danışıqlarının bərpası əleyhinə səs verməsinə baxmayaraq – dəyərli NATO üzvü olaraq qalacağına əmindir.

Milıətin Səsi.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamenti bildirib.

Dövlət Departamentinin sözçüsü Tommi Piqot bəyanatında qeyd edib: “ABŞ İslandiyanın Aİ-yə üzvlük danışıqlarının bərpa edilib-edilməməsi ilə bağlı 29 avqust tarixli referendumunu nəzərə alır. Biz İslandiya xalqının suveren qərarına hörmətlə yanaşırıq və ölkənin güclü və dəyərli NATO müttəfiqi, həmçinin ABŞ və Avropanın yaxın tərəfdaşı kimi fəaliyyətini davam etdirəcəyinə əminliyimizi ifadə edirik”.

Piqot əlavə edib ki, ABŞ “təhlükəsizlik, enerji, innovasiya, eləcə də iqtisadi və mədəni əlaqələr daxil olmaqla, bütün sahələrdə İslandiya ilə tərəfdaşlığı gücləndirməyi” səbirsizliklə gözləyir.

Avqustun 29-da İslandiyada Avropa İttifaqı ilə üzvlük danışıqlarının bərpa edilib-edilməməsi məsələsi üzrə referendum keçirilib. RUV telekanalının məlumatına görə, vətəndaşların 52%-dən çoxu buna qarşı səs verib. Aİ-yə qarşı olanlar, birliyə qoşulmağın İslandiyanın suverenliyinə zərər vuracağını və balıqçılıq sahəsində məhdudiyyətlər yaradacağını əsas gətirərək daha çox seçicinin dəstəyini qazanıblar. Baş nazir Kristrun Frostadottir bildirib ki, hazırkı hökumət təkrar səsvermə təşəbbüsü ilə çıxış etməyəcək.

İslandiya ilk dəfə 2009-cu ildə Aİ-yə üzvlük üçün müraciət etmiş, lakin 2013-cü ildə birliyə şübhə ilə yanaşan hökumət prosesi dayandırmışdı. Reykyavik artıq Şengen zonası və Avropa İqtisadi Zonasının (AİZ) bir hissəsidir.

Share: