İspaniya Ukraynaya “Leopard” tanklarının yeni partiyasını göndərib

İspaniya hökuməti Ukraynaya 4 ədəd “Leopard 2A4” döyüş tankı və 10 ədəd zirehli transportyordan (ZTR) ibarət yeni müdafiə yardımı partiyası göndərib.

Bu barədə İspaniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“İyulun 24-də Santander limanından Ukraynaya gedən, göyərtəsində hərbi və humanitar materiallar olan gəmi yola düşüb”, – nazirlikdən bildiriblər.

Nazirliyin məlumatına görə, bütün yükün Ukraynaya avqustun birinci yarısında təhvil verilə biləcəyi gözlənilir.

Kiyevə həmçinin 10 ədəd yük maşını və bir neçə təcili yardım maşını da göndərilib. Bundan əlavə, yardım partiyasına müxtəlif sursatlar da daxil edilib.

Mənbə

Share: