İsrail baş diplomatı ilk dəfə Rusiyanı sərt tənqid etdi…- “Bu, Ukraynaya təcavüzdür…”

İsrailin xarici işlər naziri Eli Koen Ukraynada keçirilən xüsusi əməliyyata  qiymət verərək, kəskin anti-Rusiya bəyanatı səsləndirib. Berlində Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşdə israilli siyasətçi bildirib ki, Təl-Əviv Rusiyanın xüsusi əməliyyatını təcavüz kimi qiymətləndirir və onu qətiyyətlə pisləyir.

 

Moderator.az xəbər verir ki, bu haqda Rusiya mediası məlumat yayıb.

 

“Əlbəttə, biz Rusiyanın təcavüzünü pisləyirik”, – deyə Koendən sitat gətirilib.

 

İsrail Xarici İşlər Nazirliyinin rəhbəri xatırladıb ki, ölkəsi bu yaxınlarda BMT Baş Assambleyasında Ukrayna ilə bağlı anti-Rusiya qətnaməsini dəstəkləyib. Fevralın ortalarında isə Koen Kiyevə səfər edib.

 

Vladimir Zelenski ilə görüşdə o, İsrail tərəfinin Ukraynaya dəstəyi gücləndirəcəyini və ölkənin yenidən qurulmasına töhfə verməyi planlaşdırdığını əmin edib.

 

Sultan Laçın

Mənbə

Share: