İsrail və Türkiyə Prezidentləri danışıqlar apardı

İsrail Prezidenti İsaak Herzoq türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə tərəfi məlumat yayıb.

 

Herzoq həyatını itirənlərə başsağlığı verib, yaralılara şəfa diləyib.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumatlara görə, hadisə nəticəsində 1541 nəfər həyatını itirib, 9733 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 3471 bina dağılıb.

 

Akif İsmayılov

Mənbə

Share: