İstərdik ki, gələcəkdə də “Teknofest” Azərbaycanda keçirilsin

Azərbaycanda keçirilən “Teknofest” gözləntilərimizdən yüksək olub.

Milletinsesi.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.

O qeyd edib ki, növbəti illərdə də Azərbaycanda eyni festival keçirilə bilər.

“Festivalın yüksək səviyyədə təşkili yaxşı gündə də, pis gündə də bir-birimizin yanındayıq mesajını bir daha verdi. Azərbaycandan olan qardaşlarımızdan belə yüksək diqqəti görmək çox xoş oldu. İstərdik ki, gələcəkdə də “Teknofest” Azərbaycanda keçirilsin”, – deyə Bayraktar bildirib.

Mənbə

Share: