İstanbulda üçmərtəbəli bina çökdü – VİDEO

Türkiyənin İstanbul şəhərində 3 mərtəbəli tərk edilmiş bina uçub. Fatih rayonunda yerləşən binada heç kim olmayıb, binanın dağılması səbəbindən 4 avtomobil zədələnib.

 

Xilasetmə qrupları hər ehtimala qarşı qalıqlarda axtarış aparıblar. Zəlzələ riski daşıyan İstanbulda binanın öz-özünə çökdüyü məlum olub.

 

Digər tərəfdən, hadisə ilə əlaqədar araşdırma başladan polis qrupları binanın qeydə alınmış tarixi tikililərdən biri olduğunu müəyyənləşdiriblər.

 

Mənbə

Share: