İsveç PKK üzvünü Türkiyəyə təhvil verdi

Ötən gün İsveçdə saxlanılan Mahmut Tatın ifadəsi alındıqdan sonra paytaxt Stokholmdakı  Arlanda hava limanından təyyarə ilə İstanbul Hava Limanına gətirilib.

Millətin Səsi.az xəbər verir ki, Tat polislər tərəfindən təyyarədən endirilib və İstanbul Hava Limanı Polis İdarəsinə aparılıb. Sağlamlıq yoxlamasından keçən Tatın bu gecə İstanbul Hava Limanı Polis İdarəsində saxlanılacağı, proses başa çatdıqdan sonra Tatın ədliyyəyə göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, Mahmut Tat 2015-ci ildə terror təşkilatı PKK-nın Tuncelidəki fəaliyyətində iştirak ittihamı ilə açılan cinayət işi üzrə 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. PKK üzvü Tat daha sonra İsveçə qaçıb.

Share: