Türkiyədə gəmilər toqquşdu

Türkiyəyə məxsus iki yük gəmisi- 147 metrlik “Turan” konteyner gəmisi ilə 126 metrlik “Burhan Düzman” quru yük gəmisi-  Mərmərə dənizində İstanbul boğazının çıxışında toqquşub.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi məlumat yayıb.

Məlumata görə,  hadisə Axırkapı lövbərində baş verib.

Hadisənin nəticələri barədə məlumat verilmir.

Share: