“Ukraynanın tərəfdaşlarından aldığı bəzi yardımlar Rusiyanın heç ağlına da gəlmir…”

“Ruslar partnyorlarımızın bizə verdiyi silahlar sayəsində qələbəmizdən sonra onları nə gözlədiyini belə, bilmirlər…”

 

“Çox sayda ölkə Ukraynaya kömək edir, lakin bütün yardımlar haqda ictimaiyyətə açıqlama verilmır…”

 

 “Ukraynanın tərəfdaşlarından aldığı bəzi yardımlar Rusiyanın heç ağlına da gəlmir”.

 

Moderator.az  “TSN”-ə istinadla xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının(MTMŞ) katibi Aleksey Danilov “Suallar var” verilişinin efirində deyib.

 

O izah edib ki, Ukraynaya göstərilən bütün yardımları açıqlamaq olmaz.

 

“Vaxt gələcək, biz qalib olacağıq və əgər o ölkələr qərar qəbul edib desələr ki, onlar da yardımları barədə açıq danışmağa hazırdırlar, -bu, onların hüququdur, hər bir ölkənin haqqıdır, ona hörmət edirik, – o halda biz həmin yardımlar haqda açıqlama verəcəyik. Əsas odur ki, onlar bizə kömək ediblər. Deyə bilərəm ki, ruslar partnyorlarımızın bizə verdiyi silahlar sayəsində qələbəmizdən sonra onları nə gözlədiyini belə, bilmirlər”, –  deyə MTMŞ katibi vurğulayıb.

 

Sultan Laçın

Mənbə

Share: