İsveçdə “Quran”ın öpülməsi kampaniyasına başlanılıb 

İsveçdə xristian qız “Quran-i Kərim”in yandırılmasından sonra müqəddəs kitabın öpülməsi kampaniyasına başlanılıb.

 

Modern.az xəbər verir ki, o, hamını bu kampaniya qoşulmağa dəvət edib.

 

 “Bu kitabda nə yazıldığını bilmirəm, amma məncə insanlıqdan, şəfqətdən danışır, bu kitabı öpürəm” – deyə o qeyd edib.

 

Xatırladaq ki, ifrat sağçı siyasətçi Rasmus Paludanın Türkiyənin Stokholm səfirliyi qarşısında müqəddəs kitabı yandırması ölkələr arasında gərginliyin artmasına səbəb olub.

 

Akif İsmayılov 

Mənbə

Share: