İtaliya vətəndaşlarını gətirmək üçün Çinə xüsusi təyyarə göndərib

Yanvarın 30-da İtaliya hökuməti koronavirusun yayıldığı Çinin Uxan və ona yaxın bir neçə şəhərdən vətəndaşlarını təxliyə etmək üçün xüsusi təyyarə yollayıb.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Uxan aeroportunda enəcək təyyarə xüsusi avadanlıq və tibbi heyətlə təchiz olunub. Elə bu gün də qayıdacaq təyyarə 60 italyan vətəndaşını geri gətirəcək. Bəzi vətəndaşlar isə qayıtmaq istəmədiklərini bildiriblər.

İtaliya ərazisinə daxil olan insanlar ilk növbədə xüsusi tibbi protokol əsasında xəstəxanaya yerləşdiriləcək və onlardan yenidən bütün analizlər götürüləcək.

Eyni zamanda, yanvarın 30-da İtaliyanın Səhiyyə Nazirliyi də koronavirus təhlükəsi və onunla bağlı məsələlərin müzakirəsi üçün xüsusi iclas keçirəcək. (AZƏRTAC)

Share: