İtaliya hökuməti koronavirus xəstəliyi ilə əlaqədar martın 8-nə kimi ölkənin bölgələrində bütün idman yarışlarının dayandırılması barədə verib.
Qol.az “Football Italia”ya istinadən xəbər verir ki, bu səbəbdən A seriyasının 27-ci turun həftə sonuna nəzərdə tutulan “Atalanta” – “Latsio”, “Bolonya” – “Yuventus”, “İnter” – “Sassuolo” və “Verona” – “Napoli” görüşləri ya təxirə salınacaq, ya da azarkeşlərsiz oynanılacaq.
Qeyd edək ki, İtaliyanın bir çox klubu oyunların təxirə salınmasına qarşı çıxıblar. Onlar matçların fanatların iştirakı olmadan keçirilməsini daha uyğun sayırlar.
Bununla əlaqədar, martın 4-də A seriyası klublarının martın 4-də Romada təcili görüşü çağırılıb.