İtaliyada torpaq sürüşməsi – 8 nəfər öldü 

İtaliyanın İskiya adasında əlverişsiz hava şəraiti səbəbindən sürüşmə baş verib 

 

Modern.az xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb.

 

Bildirilir ki, adada şiddətli yağışlar baş verib və bəzi evlər sürüşməyə görə dağılıb.

 

İtaliya mətbuatının məlumatına görə, sürüşmədə 10 ev və çoxlu nəqliyyat vasitəsi torpaq altında qalıb, 13 itkin düşmüş şəxsin axtarışları davam edir.

 

Bildirilib ki, sürüşmənin baş verdiyi ərazidə 30-a yaxın ailə susuz və işıqsız qalıb.

 

Akif İsmayılov 

Mənbə

Share: