Jurnalistin CHP haqqında şok iddiası: İmamoğlu sabah namizədliyini irəli sürəcək

İstanbul bələdiyəsinin sədri Əkrəm İmamoğlu sabah CHP Ümumi Başkanlığına namizədliyini açıqlayacaq.

Millətin Səsi.az xəbər verir ki, bu idda ilə türkiyəli jurnalist Gürkan Hacır qatıldığı canlı yayım proqramında çıxış edib. O, məlumatı Əkrəm İmamoğlunun yaxın çevrəsindən aldığını bildirib.

“İmamoğlunun ilk dəfə olaraq nə istədiyini və dəyişiklik tələbinə uyğun olaraq hansı yol xəritəsini izləyəcəyini açıq şəkildə izah etməsi gözlənilir” deyə, jurnalist vurğulaylb.

Mənbə: xarici media

Share: