“Ermənilərin hansısa silahlı təxribatı Laçın yoluna nəzarətin artırılmasına səbəb olur…”

Rusiya “sülhməramlı” kontingentinin iyulun 25-də haqqında məlumat yaydığı Laçın dəhlizində baş verən insident “ciddi xarakterli” olmayıb.

 

Moderator.az xəbər verir ki, bunu “Kavkazski uzel” nəşrinə açıqlamasında  “Hərbi hüquqşünaslar” QHT-nin rəhbəri Telman Əbilov da təsdiqləyib. 

 

“Hətta Azərbaycan və Ermənistan tərəflər özləri də insidentlə bağlı heç bir məlumat verməyiblər və bir-birini günahlandırmayıblar. Görünür, bu, bir növ qısa müddətli atışma olub ki, münaqişə zonasında belə hallar tez-tez baş verir. Ermənilərin bu istiqamətdə qüvvəsi azdır və Onlar Azərbaycan ordusu üçün ciddi təhlükə yarada bilməzlər. Bu baxımdan onların yola nəzarəti bərpa etmək üçün Azərbaycan hərbçilərinə hücum etməyə cəhd göstərmələri ehtimalı da azdır. Erməni tərəfinin hər hansı silahlı təxribatı yalnız Laçın yoluna nəzarətin daha da gücləndirilməsinə gətirib çıxarır. Azərbaycan hərbçiləri qabaqlayıcı təhlükəsizlik tədbirləri görməyə məcburdurlar”, – deyə Əbilov vurğulayıb.

 

Sultan Laçın

 

Mənbə

Share: