Kəlbəcərə ilk köç bu tarixdə başlayacaq

 

“Tezliklə Kəlbəcər sakinləri doğma ata-baba yurdlarına qayıdacaqlar”

 

 

 Bu sözləri Moderator.az-a açıqlamasında Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov bildirib. O, qeyd edib ki, İyun ayında Kəlbəcər sakinlərinin ata-baba yurdlarına köçü başlayacaq: 

 

 “Cənab prezident İlham Əliyev Kəlbəcərə qayıdışla əlaqədər göstəriş verib. Bir neçə ildir ki, Kəlbəcər rayonunda tikinti, yenidənqurma işləri aparılır. Belə ki, Kəlbəcərdə obyektlər, yollar, məktəblər tikilir, elektrik xətləri çəkilir. 

O ki, qaldı Kəlbəcər vətəndaşlarının doğa ata-baba yurdlarına köçünə, inşallah bu yaxın günlərdə baş tutacaq. Dəqiq desək, bu ilin İyun ayında köç başlayacaq. Məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdacaqlar. Cənab prezindet Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edib. Bu proqrama əsasən də yenidənqurma işləri sürətli və keyfiyyətli şəkildə icra olunur.

Ümid edirəm ki, köçün ləngiməsi olmayacaq. Proqram üzrə soydaşlarımız öz ata -baba yurdlarına qayıdacaq”. 

 

 Moderator.az 

Mənbə

Share: