“Kəlbəcər bizim ölümdən əvvəlki ən sonuncu və ən böyük arzumuz idi”

“Kəlbəcər bizim ölümdən əvvəlki ən sonuncu və ən böyük arzumuz idi”

Bu gün – 2 aprel tarixi Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı günüdür. Zəfər tarixindən sonra azadlığına qovuşan Kəlbəcərin işğalından 31 il keçir.  

 

Kəlbəcərdə doğulan tanınmış jurnalist , AzTV-nin aparıcısı Orxan Cabbarlı Moderator.az-a ötən illərini belə xatırladı: 

 

“1993-cü ildən sonra ömrümüzün 27 ilinin 2 aprel gününü Kəlbəcərsiz yaşasaqda hər birimizin içində nə vaxtsa qayıdacağımıza ümid var idi. 

 Kəlbəcər işğal altında olduğu zaman: 

–Heyif, Kəlbəcəri görmədən dünyasını dəyişdi! Dediyimiz yaxınlarımız Kəlbəcər həsrəti ilə bu dünyadan köçdü. 

Bu gün isə: 

-Yaxşı ki, Kələbəcərin azad olunmasını bildi, yaxşı ki, Kəlbəcəri gördü!  

 Bu o deməkdir ki, Kəlbəcər bizim ölümdən əvvəlki ən sonuncu və ən böyük arzumuz idi. Ən böyük arzu bu gün ən böyük reallığa çevrilib! Bu gün Kəlbəcərə gedib bir vaxtlar isti yuvalarımızın dağılan daşlarına üzümüzü qoyub ovunsaq da, ömrümüzün axırına qədər şəhidlərimizə ağlayacağıq. Canını Vətən uğrunda fəda edərək bizə bu günləri yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Ərazi bütövlüyü bərpa olunan Azərbaycanın hər bir guşəsində bayrağımızın dalğalandıran cənab Ali Baş Komandana, Azərbaycan ordusuna sonsuz minnətdarlığımız var!”. 

 

Moderator.az

 

Mənbə

Share: