Kabil hava limanına görə məsuliyyət daşımayacağıq – ABŞ

Təxliyə prosesi tamamladıqdan sonra ABŞ Kabil hava limanına görə artıq məsuliyyət daşımayacaq.

Milletinsesi.az xəbər verir ki, bu barədə Pentaqondan bildirilib.

Əfqanıstandan 90 reyslə 19 min insanın təxliyə olunduğunu söyləyən Pentaqon sözçüsü Con Kirbi qoşunların Kabili tərk etməsindən sonra artıq hava limanına görə heç bir məsuliyyət daşımayacaqlarını deyib.

Share: