Türkiyənin Kahramanmaraş şəhərinin Goksun bölgəsində 4,5 bal gücündə zəlzələ olub.
Millətin Səsi.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin 3.82 kilometr dərinlikdə olduğu bildirilir.
Dağıntı və xəsarət alanlar barədə məlumat açıqlanmayıb.