Kahramanmaraşda zəlzələ oldu – 4.1 bal 

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Türkoğlu rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.1 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Mənbə

Share: