Kaliforniyada yanğınlar səbəbindən təxminən 100 min nəfər təxliyə edilib

ABŞ-ın Kaliforniya ştatında təbiət yanğınları səbəbindən təxminən 100 min nəfər təxliyə edilib.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Los-Anceles şəhərinin polis bölməsinin “Twitter” səhifəsində bildirilir.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, alov ştatın ərazisində artıq iki min hektara yaxın ərazini məhv edib.

Bildirilir ki, azı 25 min ev təxliyə edilib.

Qeyd edilir ki, təxliyə edilən insanların və onların ev heyvanlarının yerləşdirilməsi üçün 4 təxliyə mərkəzi yaradılıb.

Share: