
“Beşiktaş”lı “Atiba”, “Larin” və “Hatayspor”un “Adekuqbe” kimi futbolçularının çıxış etdiyi Kanada Milli Komandası 36 ildən sonra ilk dəfə dünya çempionatına qatılacaq.
Millətin Səsi.az xəbər verir ki, qarşılaşmada Kanada 4:0 hesabı ilə qalib gəlib. Kanadaya qələbə qazandıran qolları 13-cü dəqiqədə Sayl Larin, 44-cü dəqiqədə Tajon Buchanan, 82-ci dəqiqədə Junior Hoilett və 88-ci dəqiqədə Adrian Mariappa (avtoqol) vurub.
Kanadada Larin oyuna 11-ci dəqiqədə başlayıb və 62 dəqiqə meydanda qalıb. Atiba Hatçinson 62-ci dəqiqədə oyuna daxil edilib.
Bu nəticədən sonra Kanada KONKAKAF Təsnifat Final mərhələsində xalını 28-ə yüksəldib və 36 ildən sonra Dünya Çempionatına vəsiqə qazanıb.