Hulusi Akar: “Niko, ya sən gəl, ya mən gəlim”

Niko mən sizi Türkiyəyə dəvət edirəm. Zəhmət olmasa tez bir zamanda İstanbula gəlin. Ya da sən məni dəvət et, Afinaya gəlim.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri NATO-nun Brüsseldəki son toplantısında Türkiyənin Müdafiə naziri Hulusi Akar Yunanıstanın müdafiə naziri Nikos Panayotopoulos ilə  görüş zamanı deyib.

 

O bildirib: “Gəl, özümüz məsələləri həll edək. Odur ki, bir problemi özünüz həll edə bilmirsinizsə, başqaları beynəlxalq arenada sizin adınıza danışmağa başlayır. Gəlin buna imkan verməyək. Etimad tədbirləri görüşləri bizim üçün vacibdir. İllərdir davam edən və təcrübə tələb edən mövzular var. Dəniz və Hərbi Hava Qüvvələri subyektləri var. İqtisadi bölmələr var, dəniz yurisdiksiyaları var, FIR xətti var, bu problemlərin tarixi kökləri var. Bu məsələlər ekspertiza tələb edir. Odur ki, mütəxəssislər danışsın. Dənizçi matrosla, aviator aviatorla. Bunu həll etmək daha asandır, başa düşüləndir…”(cnntürk.com)

Rusiya-Ukrayna müharibəsində, Avropa təhlükəsizlik arxitekturasında həm Türkiyə, həm də Yunanıstanın xüsusi məsuliyyəti və yerini xatırladan nazur “Gəlin, öz aramızda olan problemlərin həlli üçün, bölgəmizdə və ətrafımızda sülh, əmin-amanlıq, atəşkəs üçün birlikdə danışaq”, -deyib.

 

Share: