Ukrayna və Rusiya nümayəndələri bu gün görüşəcək

Bu gün Türkiyənin İstanbul şəhəri Ukrayna və Rusiyanın nümayəndə heyətlərinə növbəti dəfə  ev sahibliyi edəcək.

Millətin Səsi.az xəbər verir ki, tərəflər arasında danışıqlar martın 28-30-da baş tutacaq.

Qeyd edək ki, Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətlərinin sonuncu görüşü martın 21-də videokonfrans formatında olub.

Share: