Kanadada vətəndaşlar “AstraZeneca” peyvəndindən imtina edib

Kanadada ilk dəfə əhalinin “AstraZeneca” şirkəti və Oksford Universitetinin hazırladığı koronavirus peyvəndindən imtina etməsi halları müəyyən edilib.

Bu barədə “CTV telekanalı” məlumat yayıb.

Sözügedən fakt Kvebek əyalətində qeydə alınıb və yerli icra orqanları tərəfindən təsdiq edilib.

Qeyd edək ki, daha əvvəl Kanadanın Baş naziri Castin Trudo ölkə əhalisini “AstaZeneca” şirkətinin peyvəndinin etibarlılığına əmin olmağa çağırıb. O, bildirib ki, sözügedən preparatdan imtina edilməməlidir, belə ki, Səhiyyə Nazirliyi lazımı yoxlamaları apararaq peyvəndin istifadəsinə icazə verib.

Share: