Kartof sahəsindən kişi meyiti tapıldı 

Şəmkir sakini Ağstafada dünyasını dəyişib.

Milletinsesi.az “Qafqazinfo”a istinadən xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Şəmkir rayonunun Zəyəm qəsəbə sakini, 1974-cü il təvəllüdlü Bağırov İlqar Faiq oğlu Ağstafada kartof sahəsində işləyən zaman vəfat edib. Onun ürək tutmasından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə

Share: