Kazemiro və Hazard koronavirusa yoluxdu

“Real”ın futbolçuları  Kazemiro və Eden Hazard koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. “Kral klubu”nun bütün nümayəndələrindən test nümunələri götürülüb. Nəticədə Kasemiro və Hazardın koronavirusa yoluxduğu məlum olub.

Qeyd edək ki, oyunçular artıq karantinə alınıb.

Share: