KİV: Rusiyada “demoqrafik kabus” yaşanır

Rusiyada demoqrafik böhran yaşanır. Son üç ildə ölkə həmişəkindən təxminən 2 milyon çox insan itirib.

Bildirilir ki, Rusiyada əhalinin pik həddi 1994-cü ildə müşahidə olunub və 149 milyon nəfər təşkil edib. 2021-ci ilin əvvəlinə isə bu rəqəm artıq 145 milyon nəfər olub. Son illərdə əhali sayı əvvəlcə koronavirus pandemiyası, sonra isə müharibə səbəbindən daha da azalıb.

Koronavirusdan ölənləri, müharibədə həlak olan və səfərbərlik səbəbindən ölkədən qaçan rusiyalıları da nəzərə alsaq, məlum olur ki, 2020-23-cü illərdə Rusiya 1,9 milyondan 2,8 milyona qədər insan itirib.

Bundan başqa, çoxlu sayda hərbiyə yararlı yaşda olan kişilərin dünyasını dəyişməsi və ya xaricdə olması nəticəsində qadınların sayı kişilərın sayını təxminən 10 milyon nəfər üstələyib.

Mənbə: The Economist

Mənbə

Share: