Koronavirusa yoluxanların sayı 8 milyonu keçdi – ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 181 mindən çox artıb.

“TASS” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 18-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 181 232 nəfər koronavirusa yoluxub, 5245 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 8 242 999 ölənlərin isə 445 535 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Share: