Koronavirusa yoluxma sayı 600 milyona çatıb

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 600 milyon nəfərə çatıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Amerikanın Cons Hopkins Universitetindən bildirilib. Məlumata görə, pandemiyanın başlanğıcından bəri dünyada 6,48 milyon nəfər virusdan həyatını itirib.

20 milyondan çox yoluxma halının qeydə alındığı ölkələrin siyahısına ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Cənubi Koreya daxildir.

Statistikaya əsasən, planetin hər bir milyon sakininə 832,1 ölüm əmsalı düşür. Braziliyada bu göstərici 3167, İtaliyada 2907, Böyük Britaniyada 2735, Fransada 2346 nəfərdir.

İndiyədək COVID-19 infeksiyasına qarşı 12 milyard 118 milyon doza vaksin vurulub.

Mənbə

Share: