Rusiyada koronavirusun Cənubi Afrika Respublikasında tapılan növü aşkarlanıb.
Bu barədə “Rospotrebnadzor” (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidməti) məlumat yayıb.
Bildirilir ki, ölkədə koronavirusun “britaniya” ştammına aid 28, “Cənubi Afrika” ştammına aid 2 yoluxma müəyyən edilib.
Koronavirusun “Braziliya” ştammına isə rast gəlinməyib. 16 nəfərdə müxtəlif mutasiyalar tapılıb.
Monitorinqlərin davam etdiyi, vəziyyətin idarənin nəzarəti altında olduğu qeyd edilir.