Məşhur aktrisa “Bir zamanlar Çukurova”da

“ATV” kanalında yayımlanan “Bir zamanlar Çukurova” serialına yeni sima daxil olacaq.

Milletinsesi.az axşam.az-a istinadən bildirir ki, bu məşhur aktrisa Hülya Darcandır. Aktrisa xala obrazını canlandıracaq və ekran işində artıq bütün həqiqətlər aşkara çıxacaq.

Xatırladaq ki, serialın əsas rollarında Murat Ünalmış, Hilal Altınbilek, Kerem Alışık, Hande Soral kimi aktyorlar çəkiliblər. Ekran əsərinin rejissorluğunu Murat Saraçoğlu edir.

Share: